Prezident Bakı Ağ Şəhərdə görülən işlərlə tanış olub

15:52 - 27 Dekabr 2022


27 dekabr, Fineko/abc.az. Bakı Ağ Şəhərin Mərkəzi Park Kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

ABC.AZ xəbər verir ki, dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada görülən işlərlə tanış olub, Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməlini qoyub.