İlham Əliyev Türkiyəyə səfərə gəldi

12.06.2018,14:37


12 iyun, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfərə gəlib.

Dövlət başçısı, Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin açılış mərasimində iştirak etmək üçün gəlib.

Açılış mərasimi Türkiyənin Əskişəhər şəhərində keçiriləcək.

Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstan prezidenti Georgi Marqvelaşvili və bir sıra ölkələrin nazirləri iştirak edəcəklər.

 

 

Açar sözlər: TANAP