ASAN və AQTA arasında anlaşma memorandumu imzalandı

12.06.2018,15:16


12 iyun, Fineko/abc.az. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  (ASAN) ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanmış memoranduma əsasən, artıq Qida Təhlükəsizliyi Agentliyinin xidmətləri ASAN xidmət mərkəzlərində həyata keçiriləcək.

Tərəflər, ASAN mərkəzlərində AQTA-nın 14 xidmətinin göstərilməsi barədə razılığa gəliblər. İmzalanmış memoranduma əsasən,  ərzaq təhlükəsizliyi subyektlərinin qeydiyyatı üzrə təşkilati, hüquqi və maarifləndirici  işlərinin hazırlanması və həyata keçirilməsi, müvafiq sertifikatların verilməsi və dövlət reyestrinin aparılması ASAN xidmət mərkəzlərində nəzərdə tutulur.

 

 

Açar sözlər: AQTA