330x110
 

Dövlət Sərhəd Xidməti tərə­findən Ağstafa rayo­nununda çətənə kolları­nın bit­diyi sahə aşkar olunmuşdur.

12.06.2018,16:31


12 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kolları­nın yabanı halda bit­diyi sahə aşkar olunmuşdur.

2018-ci ilin 7 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfin­dən Ağstafa rayo­nunun Sadıxlı kəndinin arxa hüdudunda “Qara­yazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km ara­lıda aşkar­lanmış sahədə aqrotexniki qulluq olunmamış, hün­dürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyən edilmişdir.

Qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə tə­sərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaş­la­rının işti­rakı ilə yığılaraq akt tərtib olunmuş və yandırılma yolu ilə məhv edilmişdir.