Azərbaycanın bu il buğda istehsalı nə qədər gözlənilir?

15:26 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. Azərbaycan hökuməti 2023-cü ildə buğda istehsalını 2 milyon 19,1 min ton səviyyəsində proqnozlaşdırır, 2026-cı ildə bu göstərici 7,3% artımla 2 milyon 167,2 min tona çatacaq.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə buğda istehsalı 2 milyon 104,2 min tona, 2025-ci ildə 2 milyon 144 min tona qədər artacaq.

2023-cü ildə Azərbaycanda taxıl istehsalı 3 milyon 646,3 min ton, 2026-cı ildə 3 milyon 983,1 min ton həcmində proqnozlaşdırılır, artım 9,2% təşkil edəcək.

Proqnozlara görə, ən yüksək artım meyvə və giləmeyvə istehsalında gözlənilir.

Xüsusilə 2023-cü ildə meyvə və giləmeyvə istehsalı 1 milyon 324,4 min ton, 2024-cü ildə 1 milyon 425,8 min ton, 2025-ci ildə 1 milyon 518,2 min ton, 2026-cı ildə 1 milyon 618 min ton həcmində proqnozlaşdırılır. Beləliklə, 2023-2026-cı illərdə Azərbaycanda meyvə və giləmeyvə istehsalı 20,5% artacaq.

Bütün xəbərlər