Dövlət Agentliyi bir ofisə 600 min manat xərcləyir

10:15 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. Sosial Xidmətlər Agentliyi "Sosial Xidmətlər Agentliyi tərəfindən Agentliyin Aparatı üçün ofis sahəsinin və anbarın icarəsi xidmətinin satın alınması" tenderinə yekun vurub.

ABC.AZ xəbər verir ki, tenderin qalibi "Çinar Park" ASC olub.

Ofis sahəsi və anbar üçün icarənin dəyəri 599 min 082 manatdır.

Qeyd edək ki, "Çinar Park" bundan əvvəl də Dövlət Sosial Müdafiə Fondunun 148 min 680 manat dəyərindəki, "Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması" tenderinin qalibi seçilib.

 

Bütün xəbərlər