Azərbaycanda gömrük qanunvericiliyi təkmilləşdiriləcək

12:13 - 13.06.2018


13 iyun, Fineko/abc.az. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) qanunvericiliyə yeni düzəlişlər hazırlayır.

DGK-in hüquqi təminat şöbəsinin müdiri Sənan Muxtarovun sözlərinə görə, düzəlişlər gömrük prosedurlarının sadələşdirilməsini və gömrük orqanlarının potensialının artırılmasını nəzərdə tutur.

“Təkliflər hələ ki müzakirə mərhələsindədir və sistemləşdirməni təmin etdikdən sonra bu təkliflər rəhbərliyə göndəriləcək”, - S.Muxtarov belə deyib.

Onun sözlərinə görə, gömrük prosedurlarının sadələşdirilməsi gömrük bəyannaməsinin tərtib edilməsi  zamanı tələb olunan sənədlərin minimuma endirilməsinə kömək edəcək.

 

 

Bütün xəbərlər