Azər Əliyev “Atəşgah” sığorta şirkətindən ayrıldı

11:46 - 12.01.2023


12 yanvar, Fineko/abc.az. “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Əliyev Azər Allahverdi oğlu vəzifəsindən ayrılıb.

ABC.AZ xəbər verir ki,  O, 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra etmişdir.

Daha sonra “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Sədri və AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi qismində fəaliyyət göstərən Azər Əliyev 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

Azər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşəbbüsü ilə əhalidə sığorta savadlılığının artırılması, həmçinin sığorta bazarının inkişafı ilə bağlı bir çox layihələrdə fəal iştirak edib.

Bütün xəbərlər