Turkish Airlines” Bakıdan “Sabiha Gökçen” hava limanına uçuşları bərpa edir - Eksklüziv

12:56 - 13.06.2018


13 iyun, Fineko/abc.az. “Turkish Airlines” aviaşirkəti Azərbaycana uçuşların sayını artırmağı planlaşdırır.

Şirkətin Bakı nümayəndəliyinin rəhbəri Seyfulla İlyas Fineko/abc.az agentliyinə   bildirib ki, hazırda “Turkish Airlines” Azərbaycana 3 reys həyata keçirir.

“Uçuşlar Atatürk Hava lımanından həyata keçirilir. 2015-ci ilin 15 mart tarixindən etibarən “Turkish Airlines”  Sabiha Gökçen Hava lımanından, 2016-cı ilin payızında təxirə salınmış uçuşlar həyata keçirir”, - deyə S.İlyas bildirib.

Onun sözlərinə görə, hazırda Sabiha Gökçen hava limanından,  2019-cu ildə başlayacaq uçuşların bərpası üzrə danışıqlar aparılır.

“Beləliklə, “Turkish Airlines” şirkətinin Türkiyədən Azərbaycana uçuşlarının sayı dördə çatdırılacaq”, - deyə S. İlyas bildirib.

 

Bütün xəbərlər