Qarabağ və Şərqi Zəngəzurdakı faydalı qazıntı yataqları iqtisadi dövriyyəyə cəlb ediləcək

12:01 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. “Artıq növbəti ilin ölkə üzrə xammala olan tələbatı nəzərə alınaraq Geoloji İnformasiya Fondunda saxlanılan məlumatlar təhlil edilib və növbəti il üçün hərraca çıxarılması planlaşdırılan yataq sahələrinin razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib”.

ABC.AZ xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2023-cü ildə Agentliyin əsas prioritet sahələrindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında olan faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir.

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “Böyük Qayıdış”la bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən, Agentlik faydalı qazıntı yataqlarının istifadəyə verilməsi və yer təkinin mühafizəsinin təmin edilməsi ilə bağlı işləri həyata keçirəcək”, - o qeyd edib.

 

Bütün xəbərlər