Azərbaycan Avropaya bunları ixrac edəcək - Açıqlama

14:28 - 17.01.2023


17 yanvar, Fineko/abc.az. Azərbaycan etibarlı karbohidrogen ehtiyatlarına malikdir və hökumət bərpa olunan enerji sahəsində əhəmiyyətli addım atıb.

ABC.AZ xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin qlobal dəniz külək biznesi üzrə məsul şəxsi Hüseyn Məhəmməd Əmir bildirib.

Onun sözlərinə görə, “Masdar” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bərpa olunan enerji sahəsində ilk layihəsini həyata keçirəcək:

“İnanıram ki, bu layihələr Azərbaycanın Avropaya enerji təminatında etibarlı tərəfdaş mövqeyini möhkəmləndirəcək, yüksəldəcək.

Belə ki, Azərbaycanla Avropa arasında imzalanmış analaşma memorandumlarına görə, Azərbaycan Avropaya həm elektrik enerjisi, həm də “yaşıl hidogen” ixrac edəcək”.

O xatırladıb ki, ötən il Bakının Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının maliyyələşdirilməsinə nail olunub:

“Biz bu stansiyanı uğurla inşa etməyə çalışırıq. 2022-ci ildə imzalanmış müqaviləyə əsasən, birinci mərhələdə 4 QVt, ikinci mərhələdə isə 6 QVt gücündə enerji istehsalı təmin olunacaq. 4 QVt gücünün 2 QVt-ı inteqrasiya edilmiş külək enerjisi, 1 QVt-ı günəş enerjisi, 1 QVt-ı isə külək enerjisinin payına düşür”.

 

Bütün xəbərlər