Azərbaycan prezidenti Kremldə Rusiya prezidenti ilə görüşüb

13.06.2018,15:53


13 iyun, Fineko/abc.az. Vladimir Putin Kremldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul edib.

Prezident İlham Əliyev Vladimir Putini, iyunun 12-də qeyd edilən Rusiya Günü və  Dünya Çempionatına hazırlığın uğurla başa çatdırılması  münasibətilə təbrik etdi.

“Əminəm ki, çempionat uğurlu olacaq, bütün qonaqlar razı olacaq”, - deyə Azərbaycan prezidenti qeyd edib.

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Moskva ilə Bakı arasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın yaxşı templə getdiyini  qeyd ediblər.

“Keçən il ərzində  bizdə 34,4%, bu ilin birinci rübündə  təxminən daha 19% artım müşahidə olunub.Yəni, bu, çox yaxşı bir tempdir və onu dəstəkləmək lazımdır. Siyasi tərkib hissəyə gəlincə, burada hər şey də sabitdir, parlament xətti ilə daim əlaqələr qurulur, ictimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir”, - deyə Vladimir Putin bildirib.

Öz növbəsində İlham Əliyev ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırdığını və humanitar sahədə müsbət qarşılıqlı əlaqələrin olduğunu vurğuladı.

“Əlaqələrimizə gəldikdə, onların inkişafından məmnun olduğumu bildirmək istəyirəm. Bu gün həmçinin geniş olan cari gündəliyə dair fikir mübadiləsi aparmaq üçün yaxşı bir fürsətdir”, -  İlham Əliyev belə deyib.

 

Açar sözlər: Ilham Aliyev Vladimir Putin