Dövlət Xidmətinin işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib

17:26 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri müəyyənləşib (məbləğlər açıqlanmayıb).

Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən tətbiq edilir.

Bütün xəbərlər