ARDNF valyuta məzənnələrinin dəyişməsindən 878 milyon dollar itirib

10:21 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) illik investisiya portfelində zərər edib.

ABC.AZ xəbər verir ki, bununla yanaşı valyuta məzənnələrinin dəyişməsindən fond ötən il 878 milyon dollar itirib.

"Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon dollar təşkil edib" deyə bildirilir. 

Qeyd edək ki, ilin sonunda 4-cü rübdə dünya birjalarında müsbət dəyişikliklər baş verib və nəticədə fondun portfelində də müsbət gəlirlilik müşahidə edilib, amma bu ümumi illik zərəri bağlamağa kifayət etməyəb. Fonddan bildirilir ki, "4-cü rüb ərzində iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artmışdır ki, bu da investorlar tərəfində müsbət siqnal kimi qarşılanmışdır. Belə ki, sonuncu rüb ərzində səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunub".

Bütün xəbərlər