Mərkəzi Bank bu gün qısamüddətli notlar yerləşdirib

13.06.2018,16:25


13 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, iyunun 13-də AMB hərracda 50100170S nömrəli, 250 milyon manat həcmində, tədavül müddəti 28 gün təşkil edən notlar təklif edib.

15 investordan cəmi 564 994,9 min manat məbləğində 23 sifariş daxil olub. İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlik 8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,3812 AZN (gəlirlik 8,01%), orta ölçülmüş qiyməti də eyni səviyyədə müəyyən edilmişdir.  Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon AZN təşkil etmişdir.

Notların ödəmə tarixi: 11 iyul 2018-ci il.

 

Açar sözlər: qısamüddətli notları