Büdcədən maliyyələşən televiziyalar bu halda 4000 manat cərimələnəcəklər

11:22 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. Büdcədən maliyyələşən televiziyalar auditoriya həcminin reytinqini müəyyənləşdirməsə 4 000 manat cərimələnəcək.

ABC.AZ xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəuişiklik təklif olunur.

Dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sifarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcminin reytinq ölçən təşkilat vasitəsilə müyyənləşdirilməsinin təmin edilməməsinə görə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 4000 manatdək məbləğdə cərimələnəcək.

 

Bütün xəbərlər