“Aqro Kompleks Qəbələ” MMC məhkəməlik oldu

15:41 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. "Azaqrotexnika" MMC “Aqro Kompleks Qəbələ” MMC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddia müqavilələrdən (icarə) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Bakı Kommersiya Məhkəməsində  hakim Aytən Əliyeva təyin edilib.

Lakin nəticə olaraq kommersiya mübahisələri üzrə iddia ərizəsi MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılıb.

Qeyd edək ki, "Azaqrotexnika" MMC (VÖEN: 1100889961) 20.02.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi İlkin Allahverdiyev Sadəddin oğludur. Hüquqi ünvanı Az1063, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan Ştq, Keçid 1594 (Lökbatan), ev 36, m. 49-da yerləşir.

 

Bütün xəbərlər