“Anadolu İnvestment Company” MMC qaydaları pozdu - Məhkəməlik oldu

16:28 - 19.01.2023


19 yanvar, Fineko/abc.az. “Anadolu İnvestment Company” MMC-yə  iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Sevko LM Group" MMC 12.02.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 25 395 364manatdır.

Qanuni təmsilçisi Leyla Gozal Kurt Abdolabrı qızıdır. 

Bütün xəbərlər