Bu sahələrdə 522,7 milyon manatlıq məhsul istehsal edilib

11:49 - 23 Yanvar 2023


23 yanvar, Fineko/abc.az. Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ildə 522,7 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,9 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 68 faiz, maşın və avadanlıqların istehsalı isə 58,8 faiz artıb.

2022-ci ildə 2049 ədəd və ya 2021-ci illə müqayisədə 30 ədəd az minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 9,7 faiz azalıb.