Xalis mənfəəti 1 milyon 153 min manat olan Azərbaycan Bankı - Hesabat

16:14 - 23.01.2023


23 yanvar, Fineko/abc.az. “Yapı Kredi Bank Azərbaycan” QSC 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili uğurla bitirən Bankın xalis mənfəəti 1 milyon 153 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 18% artaraq 26.2 milyon manat, qeyri-faiz gəlirləri 31.3% artaraq 18.9 milyon manat təşkil edib.

Ümumilikdə isə, Bank 2022-ci ili 24.1 milyon manat xalis faiz gəliri ilə başa vurub.

Maliyyə nəticələrinə əsasən, 2021-ci illə müqayisədə 2022-ci ildə bankın aktivlərinin həcmində 22.1% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 481.9 milyon manat təşkil edib.

Bütün xəbərlər