Azərbaycan və İtaliya dəmiryolçuları əməkdaşlıq memorandumu imzaladılar

17:54 - 13.06.2018


13 iyun, Fineko/abc.az. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanovun  “İtaliya Milli Dəmir Yolları”nın Bakıda səfərdə olan Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka ilə görüşü olub.

ADY-in məlumatında deyilir ki, tərəflər  Azərbaycan və İtaliya dəmir yolları arasında əməkdaşlıq məsələlərini vurğuladı.

“İtaliya nümayəndə heyətinin iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolunun İtaliya və bütün Avropa üçün əhəmiyyətini qeyd edərək, onu əhəmiyyətcə Azərbaycanın enerji layihələri ilə müqayisə ediblər. Onların sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu yük daşımaları sisteminin daha çox inkişafına və Avropa-Asiya istiqamətində yük daşımalarının axına şərait yaradacaq. Söhbət zamanı, İtaliya limanları Triyest və Baridən Türkiyənin Mərsin şəhəri, Bakı-Tbilisi-Qars dəmir yolu  vasitəsilə və daha sonra Azərbaycan ərazisindən İrana, Mərkəzi Asiyaya və Çinə yüklərin daşınması perspektivləri müzalkirə olundu. Təklif olunan marşrutun, yüklərin daşınması zamanı və əks istiqamətdə rəqabət qabiliyyəti qeyd olundu”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, bundan başqa, İtaliya dəmiryolları vasitəsilə Fransa, Almaniya və Benilüks ölkələrinə yüklərin daha sonrakı daşınması imkanı nəzərdən keçirildi. Azərbaycan tərəfinə Avropa İttifaqı ilə İran, Mərkəzi Asiya və Çin arasında ixrac-idxal əməliyyatları və potensial yük bazası barədə məlumat verən İtaliya tərəfi  “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Görüşdən və danışıqlardan sonra tərəflər memorandum imzaladılar.

 

Bütün xəbərlər