Naxçıvanın daha bir qurumunda yoxlamalar aparılır

14:18 - 24.01.2023


24 yanvar, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır. Qurumun mətbuat xidməti xəbəri apa-ya təsdiqləyib.

Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.

Bütün xəbərlər