Bu universitet üçün kampus tikiləcək – 12 milyon manat ayrıldı

11:12 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 12 milyon manatlıq tenderiin qalibini müəyyən edib.

ABC.AZ xəbər verir ki, qalib şirkət Uni Ko QSC (VÖEN: 1001142901)  olub. Şirkətlə 12 062 432 manat məbləğində müqavilə imzalanıb.

Müqavilədə Mingəçevir Dövlət Universiteti üçün yeni kampusun yaradılması (tikintinin I fazasının I mərhələsi üzrə) işlərinin satınalınması nəzərdə tutulur. Uni Ko QSC bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqindən 408 512 manat dəyərində "Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasının əsaslı təmiri işləri" tenderi üzrə sifariş alıb.

Bütün xəbərlər