Ötən il İpoteka Fondunun xətti ilə bu qədər kredit verilib

15:15 - 25.01.2023


25 yanvar, Fineko/abc.az. 2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 422,7 milyon manat kredit verilib.

ABC.AZ Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 18,6 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 0,8 % azalaraq 406,8 milyon manata düşüb.

Ötən il İKZF istiqraz buraxmaqla 450 milyon manat vəsait cəlb edib ki, bu da əvvəlki ilə nisbətən 60,7 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 % artaraq 95,2 milyon manata çatıb.

 

Bütün xəbərlər