Dünya üzrə ən ucuz uçuşların həyata keçirildiyi tarix açıqlanıb

11:08 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Britaniyanın “Destination2” turizm şirkətinin analitikləri mart ayını 2023-cü ildə dünya üzrə uçuşlar üçün ən ucuz ay adlandırıblar.

ABC.AZ xəbər verir ki, adıçəkilən şirkətin araşdırmasına görə, mart ayında Türkiyə, Yunanıstan, Xorvatiya, İslandiya, Kipr və Maltaya ucuz qiymətə biletlər tapmaq olar.

Bundan əlavə, mütəxəssislər yazda Barbados, Mavriki və Maldiv adalarına getməyi məsləhət görürlər. Belə ki, bu çimərlik ölkələrinə biletlər aprel ayında ən ucuz olacaq.

Bütün xəbərlər