Bu torpaq sahələrinin icarə mexanizmi təkmilləşdirilir

12:35 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizmi təkmilləşdiriləcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan ”Torpaq Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, qanun layihəsi “Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli fərmanının icrası çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan (o cümlədən örüş, otlaq və biçənək üçün torpaq sahələrindən) istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsini məqsədilə hazırlanıb.

Bütün xəbərlər