14:23 - 26 Yanvar 2023
26 yanvar, Fineko/abc.az. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə sadiq qalaraq ötən ilin avqust ayında şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə irimiqyaslı layihəyə start verən “Azercell” bu istiqamətdə bir sıra mühüm işlər görüb.
Lider mobil operator Azərbaycanda ilk 5G şəbəkəsini test rejimində işə salaraq Fəvvarələr meydanının bütün ərazisi boyu bu texnologiyanı sınaq rejimində istifadəyə verib. Paralel olaraq, cəmi 5 ay ərzində “Azercell” 100-dən çox yeni 4G baza stansiyasını quraşdırıb, 1050-dən çox baza stansiyasında təkmilləşdirmə işləri aparılıb. Yeni quraşdırılan baza stansiyaları paytaxt Bakı və Abşeron ilə yanaşı, Göyçay, Astara, Ağdaş, Qusar, Yardımlı, Kürdəmir, İsmayıllı, Şəki, Şabran və Qəbələ zonalarını əhatə edib.
2022-ci ildə lider mobil operator LTE şəbəkəsinin əhatə dairəsini 6 faiz artırmağa müvəffəq olub. Görülən tədbirlər nəticəsində internet trafikinin həcmində 40 faiz artım müşahidə edilib. “Azercell” işğaldan azad olunmuş ərazilərdə də ən müasir texnologiyalardan istifadə edərək şəbəkəsini genişləndirməyə davam edib. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan “Azercell” Qarabağda da “yaşıl” texnologiyaların tətbiqinə başlayıb. Mobil operator artıq Qubadlıda və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb və cari ilin sonunadək onların sayını 35-ə çatdırmağı planlaşdırır.
Hazırda Qarabağda “Azercell”in 100-ə yaxın baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 10-dan çox baza stansiyası quraşdırıb və Zabux, Sus, eləcə də digər kəndlərdə mobil rabitə xidmətləri göstərir.
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağa çalışan “Azercell” mobil şəbəkəsinin gücləndirilməsi və genişləndirilməsinə dair layihə çərçivəsində Azərbaycanda 300-dən çox yeni baza stansiyasını quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.
Azərbaycanın ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.
29 Mart 2023
Prezident İlham Əliyev “2023 Formula 1 Azərbaycan Qran Pri yarışı”nın təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
29 Mart 2023
Prezident İlham Əliyev “Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
28 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023