Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini 25 faiz səviyyəsində saxladı

17:26 - 26.01.2023


26 yanvar, Fineko/abc.az. Ukrayna Milli Bankı (mərkəzi bankı) faiz dərəcəsini yenidən 25% səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın yaydığı press-relizdə bildirilir.

"Ukrayna Milli Bankı uçot dərəcəsini 25% səviyyəsində saxlayıb. Həmçinin mərkəzi bank banklar tərəfindən məcburi ehtiyatların formalaşdırılması normalarını artırmağa davam edəcək", - press-relizdə deyilir.

Ukrayna Mərkəzi Bankının məlumatına görə, bu, qrivnadakı aktivlərin cəlbediciliyinin daha da artmasına, məzənnə sabitliyinin qorunmasına və inflyasiyanın tədricən azalmasına kömək edəcək.

Bütün xəbərlər