15:31 - 27 Yanvar 2023
27 yanvar, Fineko/abc.az. Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin İrandakı səfirliyinə qarşı terror hücumu barədə bəyanat yayıb.
ABC.AZ xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilən xain terror hücumunu şiddətlə qınayırıq. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.
İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.
Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik”.
Azərbaycanın ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.
29 Mart 2023
Prezident İlham Əliyev “2023 Formula 1 Azərbaycan Qran Pri yarışı”nın təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.
29 Mart 2023
Prezident İlham Əliyev “Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
29 Mart 2023
28 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023
27 Mart 2023