Özü üçün mobil telefon gətirən şəxslərdən də əlavə rüsum alınacaq

11:46 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Azərbaycana vətəndaşlar tərəfindən mobil telefonların gətirilməsi üzərində ciddi nəzarət başlayır.

ABC.AZ xəbər verir ki, fevralın 15-dən etibarən bu sahədə bir neçə mühüm yenilik tətbiq ediləcək.

Yenilik həm telefonun qeydiyyatı, həm də gömrük rüsumu ilə bağlıdır.

Belə ki, bundan sonra hətta satış üçün gətirilməyən telefonlardan da əlavə rüsum tutulacaq. Yəni, şəxsi istifadə üçün xaricdən gətirilən telefonlardan da gömrük haqqı alınacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər