Azərbaycan Mərkəzi Bankı avqust ayında uçot dərəcəsini təkrar nəzərdən keçirəcək

11:09 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Cari il ərzində uçot dərəcəsini üçüncü dəfə endirən Azərbaycan Mərkəzi Bankı (AMB), onu bir daha nəzərdən keçirməyi planlaşdırır.

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə əsasən, növbəti dəfə uçot dərəcəsinə cari ilin avqust ayında baxılacaq.

“Uçot dərəcəsinin həcmi, ilin sonuna yaxın bir rəqəmli səviyyədə gözlənilən inflyasiyanın dinamikasının dəyişməsi nəzərə alınaraq yenidən nəzərdən keçiriləcək”, - Elman Rüstəmov belə deyib. 

 

Bütün xəbərlər