Bu gün Azərbaycanda “Son zəng” səslənəcək

11:11 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Bu gün Azərbaycanda sonuncu tədris günüdür.

Azərbaycanın təhsil naziri Ceyhun Bayramov məktəb məzunlarını, müəllimləri və valideynləri təbrik edib.

Müraciətdə deyilir: “Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi  və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək.

Əminəm ki, Siz  özünütəsdiq  inamınızla  arzuladığınız gələcəyi quracaq,  ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız”.


Bütün xəbərlər