“Flybe” şirkəti müflis elan olundu

14:01 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Vaxtilə Avropanın ən böyük regional aviaşirkəti olan Böyük Britaniyanın “Flybe” şirkəti müflis olduğunu elan edib.

ABC.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin öz saytında məlumat verilib.

Belə ki, şirkətin məlumatında qeyd edilib ki, “Flybe” bilet satışlarını dayandırdığını və bütün uçuşları ləğv etdiyini, bununla da mümkün iflas siqnalı verdiyini açıqlayıb.

Qeyd edək ki, “Flybe” Böyük Britaniya və Avropadakı 81 hava limanı vasitəsilə ildə təxminən 8 milyon sərnişin daşıyan Avropanın ən böyük regional aviaşirkəti olub.

Bütün xəbərlər