“Azərenerji”nin ixrac etdiyi elektrik enerjisi bu qədər bahalaşıb

14:12 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. 2022-ci ildə "Azərenerji" ASC 1 711,4 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən həcmdə enerjinin dəyəri 121,6 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 7,7% və 75,4% çoxalma deməkdir.

Yəni, 2021-ci ildə "Azərenerji" hər kVt/s elektrik enerjisini 0,04 ABŞ dollarına satırdısa, 2022-ci ildə bu rəqəm təxminən 75% artaraq 0,07 ABŞ dollarına çatıb.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,3 %, qeyri-neft sektoru üzrə ixracında isə 4% paya malik olub.

Bütün xəbərlər