Azərbaycan daha bir ölkə ilə universitet yaradır

14:22 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Türkiyənin milli təhsil naziri Mahmud Özerlə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə hər iki nazirliyin nümayəndə heyəti, həmçinin Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak edib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən nazir Özer iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün təhsilin ən vacib sahələrdən biri olduğunu deyib: “İnanıram ki, Türkiyə Maarif Fondu əməkdaşlığımızın möhkəmlənməsində böyük dönüş nöqtəsidir. Azərbaycan-Türkiyə Universitetinin yaradılması prosesinin sürətlənməsindən də, bu məsələdəki dəstəyinizdən də məmnun qalacağıq”.

Bütün xəbərlər