Son 11 ayda qeyri-neft-qaz məhsullarının ixracı 13 faizdən çox artıb

14:29 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Ötən ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə 4,8 faiz artaraq 2 milyard 688,4 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,5 faiz), Gürcüstana (6,8 faiz), İsveçrəyə (6,2 faiz), Qazaxıstana (3,3 faiz), ABŞ-a (2,5 faiz), Niderlanda (2,4 faiz), Rumıniyaya (2,2 faiz), Bolqarıstana (2 faiz), İtaliyaya (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,4 faiz), Belarusa (1,2 faiz), Hindistana (1,1 faiz), Çinə (1,1 faiz), Latviyaya (1 faiz), Birləşmiş Krallığa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bütün xəbərlər