Ölkənin ən aktiv Bankları - Siyahı

16:17 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi,  aktivləri artan, portfeli böyüyən bankların siyahısı haqda hesabat yayılıb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, aktivlərinin həcmi 1 milyard manatdan  artıq olan bankların sayı da dəyişməyib – 3 bank. Bunlar "Respublikabank" (1,6 milyard manat), "Unibank" (1,4 milyard manat) və "Accessbank" (1,1 milyard manat)dır. 

2021-ci illə müqayisədə burada dəyişiklik "Accessbank"ın bu üçlüyə düşməsidir. 

Ölkənin ən aktiv banklarından olan "Bank Respublika" 2022-ci ildə sabit şəkildə böyüməyinə davam edib və ölkənin 5-ci böyük bankı mövqeyini möhkəmlədib. Aktivlərini 352 milyon manat artıran "Bank Respublika" 4-cü pilləni tutan "Xalq Bank"ın (345 milyon artım) ondan uzaqlaşmasına imkan verməyib. 

"Accessbank"ın isə aktivlərini cəmi 236 milyon manat artırması ona "Milyard klubu"na daxil olmağa imkan verib. 

Bütün xəbərlər