Azərbaycanın ən sürətli böyüyən bankı o oldu - Hesabat

16:37 - 30.01.2023


30 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi, Azərbaycanda bir sıra banklar böyüyüb.

Belə ki, 2021-ci ildə aktivləri 500 milyon  - 1 milyard manat arasında olan 6 bank vardısa, 2022-ci ildə onların sayı 9-a yüksəlib.

Faiz ifadəsində 2022-ci ildə Azərbaycanda ən sürətlə böyüyən bank "Azər Türk Bank" olub.

Belə ki, adıçəkilən Bankın aktivləri ötən il 2,4 dəfə artdıb.

ABC.AZ xəbər verir ki, bundan sonra "Azər Türk Bank"ın aktivləri 965 milyon manat olub, bu isə o deməkdir ki, Bankın aktivləri 1 milyard maata yaxınlaşıb. Azərbaycanın ən sürətli böyüyən bankı "Yelo Bank" olub və 54%-lik artım qeydə alınıb.

Nəticədə "Yelo bank"ın aktivlərinin həcmi 534 milyondan 821 milyon manata qədər yüksəlib.

Bu inkişaf "Yelo Bank"ın ölkə banklarının ilk 10-luğuna daxil olmağa imkan yaradıb. 

"Bank of Baku" 200 milyon manat və ya 41% artaraq 700 milyon manatlıq həddi keçib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər