BVF Rusiya üçün yaxşı proqnoz verdi

10:02 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatı ilə bağlı növbəti iki il üçün proqnozunu yaxşılaşdırıb, ABŞ üçün isə 2024-cü il üçün proqnozuni 0,2 faiz bəndi aşağı salıb.

ABC.AZ fondun proqnozlarına istinadən xəbər verir ki, Rusiyada iqtisadi tənəzzül 2022-ci ildə proqnozlaşdırılan 3,4% yox 2,2% səviyyəsində olub.

BVF 2023-cü ildə Rusiya iqtisadiyyatının (ümumi daxili məhsulunun - ÜDM) 0,3% artacağını proqnozlaşdırır ki, bu da ötən ilin oktyabr ayı proqnozundan 2,6 faiz bəndi yaxşıdır.

Proqnoza görə, 2024-cü ildə Rusiya iqtisadiyyatı 2,1% artacaq, bu, eyni dövr üçün oktyabr ayı proqnozundan 0,6 faiz bəndi yaxşıdır.

 

Bütün xəbərlər