Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər – FAO rəsmisi

11:09 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. “Qarabağda ekoloji təmiz məhsul istehsal etmək mümkün ola bilər”.

ABC.AZ xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisi Fazil Düşüncəli deyib.

Ekspert hesab edir ki, otuz ilədək müddət ərzində Ermənistanın işğalında qalan Qarabağ torpaqlarının böyük qismi kənd təsərrüfatı təyinatı üçün istifadə olunmadığına görə, bu torpaqlar ekoloji təmiz məhsul istehsalına yararlı ola bilər:

"Bunu müəyyənləşdirmək üçün həmin ərazilərdə torpaq, su, digər amillər üzrə analizlərin aparılmasına ehtiyac var. Otuz il müddətində həmin torpaqlar istifadəsiz qalıbsa, öz-özünü bərpa porsesindən keçib. Ona görə də kənd təsərrüfatı məqsədli istifadəsi üçün aqroekoloji proseslərə çox da sərmayə yatırmağa ehtiyac olmadan Qarabağda ekoloji təmiz məhsullar əldə etmək mümkün ola bilər. Orada pestisidlər, kimyəvi vasitələr tətbiq etmədən dayanıqlı, davamlı kənd təsərrüfatı layihələri həyata keçirmək mümkündür”.

 

Bütün xəbərlər