Azərbaycandakı otellərin 84 faizi boş qalır

11:52 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Azərbaycan otellərindləki yerlərin yalnız 16%-i tutulur, qalan 84% boş qalır.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Komitənin xəbərinə görə, 2022-ci ildə  Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə cəmi 15,7% səviyyəsində olub.

Bu göstərici 2021-ciildən yaxşıdır - 2021-də otellərdəki nömrələrin 11,1%-i dolmuş, yerlərin 90%-i boş qalmışdı.

Ölkənin ayrı-ayrı rayonlarında otellərin doluluğu göstəricisi fərqlidir.

Hələlik doludluq baxımından ən yaxşı vəziyyət Şabran rayonundadır – yerlərin 80%-i istifadə olunub. Xatırladaq ki, Şabranda cəmi 1 böyük otel var – “Qalaaltı”.

Otellərin doluluq göstəricisi Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20,0 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz olub. Digər şəhər və rayonlarda isə otellərin doluluğu 15%-dən də aşağı olub.

Bütün xəbərlər