Koreya Türkiyəyə dörd nüvə reaktor tikintisi təklif edir

12:25 - 31.01.2023


31 yanvar, Fineko/abc.az. Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Jung Sung İl Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmezə ölkədə ümumi dəyəri 30 milyard dollardan çox olan dörd nüvə reaktorunun tikintisi üçün ilkin ərizə təqdim edib.

ABC.AZ xəbər verir ki, Cənubi Koreya tərəfinin sənədində layihənin həyata keçirilməsi üçün müfəssəl plan öz əksini tapıb. KEPCO bu il obyektin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq və müqavilə imzalamaq niyyətindədir.

2022-ci ildə Cənubi Koreya şirkəti Türkiyə hökuməti ilə ölkənin şimalında atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlara başlayıb. Reaktorlar 1400 MVt elektrik enerjisi istehsal edəcək.

Bütün xəbərlər