14:42 - 31.01.2023
31 yanvar, Fineko/abc.az. 2022-ci il ərzində 49371 fərdi yaşayış evi və 94510 mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış 13188 fərdi yaşayış evi və 62107 mənzil Bakı şəhərinə aiddir.
Həmçinin, 2022-ci il ərzində 6492 fərdi yaşayış evi və 3008 mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunub. İmtinalara səbəb vətəndaşlar tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən, yaşayış evləri və mənzillər üzərində hüquqların qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, yaxud sənədlərdə çatışmazlıqların mövcud olmasıdır.
Öhdəliklərin tərkibi və müddət strukturu uzunmüddətli aktivlərin yaradılmasını məhdudlaşdırır. Biznes və istehlak kreditlərinin əsas hissəsi 5 ilədək verilən kreditlər təşkil etdiyi halda, depozitlər isə əsasən 1-3 il arasında yerləşdirilib.
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
30 Mart 2023
30 Mart 2023
30 Mart 2023
29 Mart 2023