Valyuta hərracının yekununda dolların məzənnəsi dəyişmədi

13:05 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“İyunun 14-də Mərkəzi Bank Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının  yekununda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

İyunun 12-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər