Bu hallar inflyasiyanı azaltmağa başlayıb - Mərkəzi Bank

10:51 - 1.02.2023


1 fevral, Fineko/abc.az. Dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıbr.

ABC.AZ Mərəzi Banka istinadən xəbər verir ki, əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir.

Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər