Ötən il Azexport.az portalına 470 mln dollarlıq ixrac sifarişləri daxil olub

11:52 - 1.02.2023


1 fevral, Fineko/abc.az. 2022-ci ilin yanvar-dekabr aylarında Azexport.az portalına 469,9 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ İxrac icmalının yanvar sayına əsasən xəbər verir ki, 2022-ci ilin dekabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 45,4 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin dekabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin kərə yağı, tütün, balıq kürüsü, tikinti materialı, alma, pomidor, pambıq yağı, pambıq mahlıcı, soğan, toyuq yumurtası və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 31 dekabr tarixinə kimi (72 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,2 milyard ABŞ dolları təşkil edib.

Bütün xəbərlər