Aqrar-sənaye məhsulları üzrə ixrac 912,4 mln dollar təşkil edib

14:54 - 1 Fevral 2023


1 fevral, Fineko/abc.az. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ABC.AZ “İxrac icmalı”nın yanvar sayına istinadla xəbər verir.

Qeyd olunur ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artıb.