16:46 - 1.02.2023
1 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, fevralın 1-də Mərkəzi Bankın əsas binasında uçot dərəcəsinin parametrlərinə edilmiş dəyişikliklə bağlı mətbuat konfransı keçirilib.
ABC.AZ xəbər verir ki, mətbuat konfransında bir sıra vacib məsələlərə aydınlıq gətirilib.
Mətbuat konfransında Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı qərarına münasibət bildirib.
O qeyd edib ki, bu qərar 2023-cü il üçün inflyasiya proqnozuna ciddi təsir göstərməyəcək.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir.
Öhdəliklərin tərkibi və müddət strukturu uzunmüddətli aktivlərin yaradılmasını məhdudlaşdırır. Biznes və istehlak kreditlərinin əsas hissəsi 5 ilədək verilən kreditlər təşkil etdiyi halda, depozitlər isə əsasən 1-3 il arasında yerləşdirilib.
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
31 Mart 2023
30 Mart 2023
30 Mart 2023
30 Mart 2023
29 Mart 2023