AMB 300 milyon manatlıq qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirəcək

14.06.2018,14:51


14 iyun, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-in məlumatında deyilir ki, iyunun 20-də 50100270S dövlət nömrəli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Hərraca çıxarılacaq qısamüddətli notların həcmi 300 milyon manat, hər birinin nominal dəyəri 100 manat, notların tədavül müddəti 28 gün təşkil edəcək”, - BFB-in məlumatında belə deyilir.

 

Açar sözlər: qısamüddətli notları