FED uçot dərəcəsi ilə bağlı yeni qərar verdi – Faiz bəndi artırıldı

10:43 - 2.02.2023


2 fevral, Fineko/abc.az. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb.

ABC.AZ xəbər verir ki, bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb.

"Komitə (Açıq bazar üzrə əməliyyatlar) uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,50-4,75%-ə yüksəltmək qərarına gəlib", - deyə Komitədən bildirilib.

Qeyd edək ki, FED 2022-ci ildə uçot dərəcəsini 7 dəfə artırıb.

Bütün xəbərlər